seapik
Son Zəngin Səsi
Нацрт

Son Zəngin Səsi

zeki müren zeki müren

Ремиксирано од·

Pop, Piano, female vocal
Pop, Piano, female vocal
auto
Аудио операции
Опционално прикачување аудио

**[Verse 1]** Əbədi, qalacaq, yaddaşımızda, Son dəfə çalınan bu zəngin səsi. Ən dəcəl, ən sakit yoldaşımızda, Xatirə qalacaq son zəngin səsi. **[Chorus]** Elmi idrakı bizə bəxş edən, Əziz müəllimlər, sizə borcluyuq. Zərrəyik, ayrılıb bu nurdan gedən, Bizi düşündürən sözə borcluyuq. **[Verse 2]** Bu gözəl anları yada salanda, Hər zaman qəlbimiz darıxacaqdır. Biz dərsi bilməyib, küncdə qalanda, Körpə göz yaşımız sel olacaqdır. **[Chorus]** Elmi idrakı bizə bəxş edən, Əziz müəllimlər, sizə borcluyuq. Zərrəyik, ayrılıb bu nurdan gedən, Bizi düşündürən sözə borcluyuq. **[Bridge]** Onbir il məktəbin siniflərində, Öyrəndik həyatda insan olmağı. Dəcəllik etsək də dəhlizlərində, Bacardıq dərslərdə sakit durmağı. **[Verse 3]** Bu məktəb illəri xəyalımızda, İlk zəngin səsiylə canlanacaqdır. Dərin iz qoyaraq hər arzumuzda, Ayrılıq notları çalınacaqdır. **[Outro]** Əbədi, qalacaq, yaddaşımızda, Son dəfə çalınan bu zəngin səsi. Ən dəcəl, ən sakit yoldaşımızda, Xatirə qalacaq son zəngin səsi.